Əsas Səhifə > Güney Press > Suriya erməniləri Ermənistana axışır
Suriya erməniləri Ermənistana axışırBu gün, 12:06 |
Son günlər Suriyada vəziyyət sakitləşsə də, ermənilər arasında hələ də çoxları Ermənistana köçmək istəyir. Musavat.com bildirir ki, bunu Suriyanın Homs şəhərindən Ermənistana köçən Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında yerli jurnalistlərlə söhbətində deyib. Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər. “Lakin biz hələ də gələcək inkişafı gözləyirik”, - o əlavə edib. Bildirilir ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə Ermənistana gəlib. İrəvana gələn ermənilərin içərisində PKK-çıların da olması istisna edilmir. Geri qayıt |