Əsas Səhifə > Güney Press > “Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndiBu gün, 09:39 |
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2008-ci il təvəllüdlü Muxtar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, hadisə 8 sentyabr 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Belə ki, Muxtar Məmmədov yaşadığı evin qarşısında küçədə kabab bişirmək üçün ocaq yandırdıqları zaman küçədən onlara salam verərək keçən tanışları 16 yaşlı H.Əliyevə və Elşada zarafatyana “özünüz yatıb, özünüz dura bilirsiniz?!” deyib. Elşad onun həmin sualına eyni sualla cavab verdiyindən, onu kənara çəkib “sənin başın "uje" getdi” deyib onun sualına bu formada sualla cavab verməsinə irad bildirib. Həmin vaxt Muxtar Elşadı itələdiyi üçün sonuncu yaranan mübahisə gedişində onun baş nahiyəsinə yumruq zərbəsi endirib və onlar arasında dava düşüb. Artıq mübahisənin davaya çevrildiyini görən H.Əliyev davaya müdaxilə edib və onları aralaşdırmaya çalışarkən Muxtar toyuq ətini doğramaq üçün götürdüyü bıçaqla onun vurub. Hadisəni törədən Muxtar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |