Əsas Səhifə > Güney Press, Partiya > “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı”
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı”24-11-2024, 19:21 |
“Azərbaycanda çap edilən kitabların tirajı böyük deyil. Yəni yazıçıların bu kitabların satışı ilə dolanmaq imkanı yoxdur. Belə bir şəraitdə yazçılar dövlət tərəfindən dəstəklənməlidir”. Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Sabir Rüstəmxanlı qeyd edib ki, belə bir dəstək ədəbiyyatın inkişafı üçün də əlverişli mühit formalaşdıra bilər: “Hesab edirəm ki, seçilən müəlliflərə, əsərlərə müəyyən qonarar verilməlidir. Bu olmayanda ədəbiyyatın inkişafı üçün gərəkli mühit yaranmır”. Geri qayıt |