Əsas Səhifə > Güney Press > Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir

Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir


5-11-2024, 16:11
Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir
“Bu gün Azərbaycanda ən şəffaf fəaliyyət göstərən qurumlardan biri də məhz AQTA-dır”

Bugünlərdə saytımızda işıqlandırılan bir materialda adı çəkilən iş adamı Dadaş Şükürov bizimlə əlaqə saxlayaraq, barəsində səslənən ittihamlarla qəti razılaşmadığını və onun da mövqeyinə yer verməyimizi xahiş edib. Media prinsiplərinə sadiq qalan sayt olaraq, Dadaş Şükürovun mövqeyini olduğu kimi təqdim edirik: “Hörmətli redaksiya! Nəzərinizə çatdırıram ki, mən, Şükürov Dadaş Hüseynalı oğlu, uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğulam. Bütün bu təcrübəmə əsaslanaraq demək istəyirəm ki, hazırda Azərbaycan iqtisadiyyatının heç bir sahəsində monopoliya yoxdur. Azərbaycana müxtəlif ölkələrdən sayı yüzlərlə ölçülən şirkət iri və xırda buynuzlu heyvanlar və ət məhsulları gətirir. Çox yanlış olaraq, mənim adımı müxtəlif dövlət qurumlarının, xüsusilə də Qida Təhlükəsizlik Agentliyinin rəhbərliyində təmsil olunan şəxslərlə dostluqda hallandırırlar. Kökündən yalan və böhtan fikirdir. Belə olsaydı, mənim şirkətim son bir ay ərzində iki dəfə cərimələnməzdi. Birmənalı şəkildə deyirəm, nə qədər ki Qoşqar Təhməzli o quruma rəhbərlik edir, hansısa sahibkarın oradan özünə “day-day” tapması çətin məsələdir. Bu gün Azərbaycanda ən şəffaf fəaliyyət göstərən qurumlardan biri də məhz AQTA-dır. Dövlət Gömrük Komitəsi isə mənim ölkəyə idxal etdiyim məhsulları qanuni tələblərə uyğun şəkildə yoxladıqdan sonra sərhəddən buraxır. Yəni, bu gün mən şəffaf şəkildə fəaliyyət göstərən, dövlətin bütün vergilərini ödəyən bir sahibkaram. Mənim şəxsi həyatımla bağlı yazılanlar cəfəngiyyatdan başqa nəsə deyil. Təbiidir ki, bu cür böhtan xarakterli məlumatları mediaya ötürən şəxslər mütləq mənada qanun qarşısında cavab verəcək”.

"DİA-AZ"

Geri qayıt