Əsas Səhifə > Güney Press > “Ferrum Capital”ın vətəndaşlara qarşı məhkəmə iddiaları...

“Ferrum Capital”ın vətəndaşlara qarşı məhkəmə iddiaları...


17-10-2024, 11:29
“Ferrum Capital”ın vətəndaşlara qarşı məhkəmə iddiaları...
Faktorinq biznesi ilə məşğul olan “Ferrum Capital” şirkəti bu həftənin əvvəlindən 151 iddia ilə müxtəlif məhkəmələrə müraciət edib...

Poliqon xəbər verir ki, ümumilkdə “Ferrum Capital” şirkətinin məhkəmələrdə 1198 iddası var.

Vahid Məhkəmə portalında hər gün artan məhkəmə prosesləri onu deməyə əsas verir ki, “Ferrum Capital” öz müştəri və tərafdaşları ilə ödəniş məsələləri ilə bağlı problemlər yaşamaqdadır.

Xatırladaq ki, “Ferrum Capital” 2017-ci ildə yaradılıb və 2 000 manat nizamnamə kapitalı var. Şirkətin təsisçisi və Müşahidə Şurasının sədri Mohammad Reza Habib Zadeh-dir.

Qadir Cavadov isə “Ferrum Kapital” QSC-nin Baş icraçı direktoru (CEO) vəzifəsini icra edir.

“Ferrum Kapital” şirkəti “AGA Group”nun nəzdində fəaliyyət göstərir.

Şirkətin veb saytında bildirilir ki, “Ferrum Capital” ölkənin ilk müstəqil faktorinq şirkətidir. Məqsəd faktorinq xidməti sayəsində sahibkarlara maliyyə dəstəyi göstərməkdir.

Poliqon.info

Geri qayıt