Əsas Səhifə > Güney Press > Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub

Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub


17-10-2024, 09:23
Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan diaaz.space-ya bildirilib ki, ondan 1 kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub
Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub




Geri qayıt