Əsas Səhifə > Güney Press > Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır


14-10-2024, 14:52
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır
Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxda mina partlayışı nəticəsində 23 yaşlı şəxsin xəsarət almasına münasibət bildirib.

APA-nın məlumatına görə, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub.

Paylaşımda həmçinin Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsinin adıçəkilən ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.

Geri qayıt