Əsas Səhifə > Güney Press > “Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın”

“Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın”


14-10-2024, 12:18
“Ermənilər geri qayıtdıqdan sonra sülh müqaviləsi imzalansın”
Qarabağdan Ermənistana könüllü köçmüş ermənilər geri qayıtmaq fikrində olmadıqlarını, bu ölkədə qalıb yaşamaq niyyətində olduqlarını dəfələrlə bəyan etsələr də, İrəvandakı bəzi dairələr heç bir şəkildə onların sakit oturması ilə barışmır. JAMAZ.İNFO xəbər verir ki, hazırda bu istiqamətdə bir sıra işlər görməyə çalışan erməni QHT və siyasi partiyaları gündə bir ideya ilə çıxış edirlər.

“Hüquqi özbaşınalığa qarşı” QHT-nin rəhbəri Larisa Alaverdyan təklif edir ki, Qarabağ ermənilərinə Ermənistanda ikinci psport verilməlidir. “Orada həmin şəxsin Qarabağdakı ünvanı, qaçqın olması qeyd edilməlidir. Bu ona görə lazımdır ki, onlar gələcəkdə Qarabağa köçürülmələri üçün mübarizə apara bilsinlər və geri qayıdarkən harada yaşayacaqlarını bilsinlər. Həmçinin Qarabağdakı əmlaklarını geri qaytarmağa nail olsunlar. Bununla bağlı iddia qaldırsınlar və sairə”.

Geri qayıt