Əsas Səhifə > Güney Press > "Qarabağa qayıdan ailələrə aylıq 270 manat yaşayış minimumu ödənilməlidir"

"Qarabağa qayıdan ailələrə aylıq 270 manat yaşayış minimumu ödənilməlidir"


8-10-2024, 17:09
"Qarabağa qayıdan ailələrə aylıq 270 manat yaşayış minimumu ödənilməlidir"
Son günlər sosial mediada Qarabağa qayıdan ailələrin narazılıqlarını görürük. Belə ki, onlar işsizlikdən və dolana bilməməklərindən narazıdırlar.

Bəs görəsən dövlət Qarabağa qayıdan ailələrin dolanışığı üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioıoq Elçin Bayramlı bildirib ki, Qarabağa qayıdan ailələrə aylıq 270 manat yaşayış minimumu ödənilməlidir:

"Hesab edirəm ki, Qarabağı daha sürətli məskunlaşdırmalıyıq. Növbəti beş ildə ən azı yarım milyon vətəndaşın köçürülməsi mümkündür. Sonrakı dövrlərdə bu say bir milyona çatmalıdır. Məcburi köçkünlərdən başqa, könüllü şəkildə Qarabağda yaşamaq istəyən vətəndaşları da ora yönəltmək olar. Bu addım Bakı və Sumqayıt şəhərlərinin yükünü azaltmağa kömək edə bilər. Ölkədə müəyyən edilmiş yaşayış minimumu var - 270 manat. Bu pul Qarabağa qayıdan ailələrə müvəqqəti sosial yardım olaraq ödənilməlidir. Dövlət iş verə bilmədiyi vətəndaşlara müəyyən müvazimətlər ayırmalıdır. Elə etmək lazımdır ki, orda yaşayan ailələr adam başına 270 manat yardım alsınlar. Bu beş nəfərlik bir ailə üçün təxminən 1300 manat edir. Əgər bu müvazimət ayrılsa həmin ailələr işlə təmin olunana qədər dolana bilər. Yəni müəyyən şəraitlər yaradılmalıdır ki, insanlar ya özləri işləyib qazansınlar ya da onlara sosial yardımlar ayrılsın. Bundan əlavə iş yerlərinin açılması üçün də mailiyyə ayrılmalıdır. Əhalini işlə təmin etmək üçün zavod, fabriklər açılmalıdır. Təsərüfatın inkişafına dəstək verilməlidir. Vətəndaşlara əkin torpaqları paylanmalıdır. Əgər bu tədbirlər görülsə Qarabağda sürətli məskunlaşma yarada bilərik".

Geri qayıt