Əsas Səhifə > Güney Press > Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi

Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi


8-10-2024, 16:12
Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi
Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində Ermənistanın baş naziri Nikol Paşinyanı gözləyəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya lideri Ermənistan hökumətinin başçısı ilə bugünkü görüşdə bildirib.

“Nikol Vovaeviç, mən sizi Kazanda BRIKS sammitində gözləyirəm. Ümid edirəm ki, bu həm faydalı, həm də maraqlı olacaq”, - Putin bildirib.

Putin əlavə edib ki, BRIKS sammitində “çoxlu təmaslar” gözlənilir.

"Biz ikitərəfli görüş keçirəcəyik və bir neçə ölkədən olan həmkarımızla danışmaq imkanı olacaq", - Rusiya prezidenti bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur və bu ölkəyə 4 milyard dollar dəyərində sərmayə qoyub.

Putin humanitar əməkdaşlığın vacibliyini qeyd edib.

Nikol Paşinyan görüşdə İrəvanla Moskva arasında aktiv siyasi dialoqun olduğunu qeyd edib.

“Mən çox şadam ki, son aylar ərzində kifayət qədər fəal siyasi dialoqumuz olub. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bizə gəldi, nəinki hökumətlərarası komissiyanın iclası keçirildi, həm də biz bütün məsələlər barədə kifayət qədər əsaslı danışdıq. Oktyabrın əvvəlində biz Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasını keçirdik. Bu tədbir çərçivəsində biz Rusiya hökumətinin sədri Mixail Mişustin ilə əməkdaşlıq məsələlərini müzakirə etdik. Şadam ki, bu gün biz bu müzakirələri yekunlaşdıra bilərik”, - Paşinyan deyib.

Geri qayıt