Əsas Səhifə > Güney Press > İsrail SEPAH-ın hücumunu gözləyir

İsrail SEPAH-ın hücumunu gözləyir


6-10-2024, 12:25
İsrail  SEPAH-ın hücumunu gözləyir
İsrail Müdafiə Qüvvələri (IDF) İranın gözlənilən raket hücumuna cavab hazırlayır.

“Cebheinfo.az” xəbər verir ki, hərbi komandanlığın planlarını ordunun "Qalei İDF" radiosu açıqlayıb.

"Bu, ciddi və əhəmiyyətli cavab olacaq", - radio adının açıqlanmasını istəməyən İDF mənbəsinin fikrinə istinadən bildirib.

“Biz hazırlıq mərkəzindəyik və bunu edirik. Bizim cavabımızın İran üçün ciddi nəticələri olacaq və Tehran bunu başa düşməlidir”,-deyə mənbə bildirib.

Radiostansiyanın həmsöhbəti əlavə edib ki, İDF öz müttəfiqlərindən dəstək gözləyir:

“Xüsusilə, İsrail ordusunun hücum hərəkətləri çərçivəsində əməkdaşlıqdan danışmaq olar”.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın İsrailin gözlənilən hücumlarına cavab olaraq bu ölkənin enerji infrastrukturuna hücum edəcəyini bildirmişdi. İran İslam İnqilabı Keşikçiləri Korpusu vurğulaıb ki, İsraildə Tehranın eyni vaxtda hücum edə biləcəyi yalnız üç elektrik stansiyası və bir neçə neft emalı zavodu var.
Geri qayıt