Əsas Səhifə > Güney Press > Balababa Rzayevə şiddətli töhmət elan edilib

Balababa Rzayevə şiddətli töhmət elan edilib


5-10-2024, 14:23
Balababa Rzayevə şiddətli töhmət elan edilib
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Geri qayıt