Əsas Səhifə > Güney Press > TƏBİB yeni təcili yardım maşınları alır
TƏBİB yeni təcili yardım maşınları alır18-09-2024, 00:05 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobili alacaq. İqtisadiyyat.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bununla bağlı tender elan edib. Onlardan 60-ı sadə differensiallı (4x2) standart təcili tibbi yardım avtomobili, 20-si isə reanimobil (4x2) təcili tibbi yardım avtomobilidir. TƏBİB təcili tibbi yardım avtomobillərin alışının 17 milyon manata başa gələcəyini proqnozlaşdırır. Geri qayıt |