Əsas Səhifə > Güney Press > MSK Cahandar Bayoğlunun şikayətlərini rədd etdi
MSK Cahandar Bayoğlunun şikayətlərini rədd etdi13-09-2024, 16:31 |
Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb. Dia-az.İnfo xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib. MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar (Bayoğlu) İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib. Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib. Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, əlində tutarlı faktlar olan Cahandar Bayoğlu eyni zamanda hüquq-mühafizə orqanlarına da müraciət edib. Geri qayıt |