Əsas Səhifə > Güney Press > Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran 7-ci ölkə olub

Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran 7-ci ölkə olub


11-09-2024, 13:22
Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran 7-ci ölkə olub
Bu ilin ilk yarısında Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 768,6 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi bu ilin ilk yarısında 34% və ya 397,2 milyon dollar az olub.
Ötən ilin ilk yarısında Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 1 milyard 165,8 milyon dollar olub.
Qeyd edək ki, Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların 4,7%-i və ya 36,4 milyon dolları Azərbaycanın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisyaların həcmi 49% və ya 12 milyon dollar artıb.
Bu ilin ilk yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında Böyük Britaniya, Yaponiya, Malta, Çexiya, Niderland və ABŞ-dan sonra 7-ci yerdə qərarlaşıb.

Geri qayıt