Əsas Səhifə > Güney Press > Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub11-09-2024, 12:11 |
Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bu barədə Dia-az.İnfo-ya MN-dən xəbər verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Geri qayıt |