Əsas Səhifə > Güney Press > Dövlət qurumu 10 milyonluq təmir işlərini bu şirkətə həvalə etdi

Dövlət qurumu 10 milyonluq təmir işlərini bu şirkətə həvalə etdi


11-09-2024, 00:05
Dövlət qurumu 10 milyonluq təmir işlərini bu şirkətə həvalə etdi
İnnovasiya və Təchizat Mərkəzi Kliniki Tibbi Mərkəzin 1 saylı korpusunun, həmçinin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderi yekunlaşdırıb.

Dia-az.İnfo xəbər verir ki, sözü gedən tenderin qalibi "ORN Group" MMC olub.

İşlərin icrası üçün qalib şirkətə 9 milyon 902 min 629,24 AZN məbləğində vəsait ödəniləcək.

Görüləcək işlərin tam siyahısı ilə bu linkdən tanış olmaq olar.

Geri qayıt