Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İlham Əliyev 2015-ci ilə gənc komanda ilə gedir - Yaşi 65-in üzərində olanlar yola salınır

İlham Əliyev 2015-ci ilə gənc komanda ilə gedir - Yaşi 65-in üzərində olanlar yola salınır


3-04-2014, 13:00
İlham Əliyev 2015-ci ilə gənc komanda ilə gedir - Yaşi 65-in üzərində olanlar yola salınır
DİA.AZ: - Qarşıdan gələn parlament seçkiləri ərəfəsinə qədər bir çox məmurların vəzifələrindən alınması gözlənilir. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, əsasən yaşları 65-in üzərində olan məmurlar üçün «son vida» marşı çalınacaq.

Onu da bildirək ki, hazırda yaşı 65-in üzərində olan 8 əsas məmur var. Onlardan baş nazir Artur Rəsizadənin 78 yaşı, baş naziri müavini Elçin Əfəndiyevin 70 yaşı, baş nazirin müavini Abid Şərifovun 73 yaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 75 yaşı, energetika və sənaye naziri Natiq Əliyevin 66 yaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 66 yaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun 76 yaşı, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin 70 yaşı var.

Məlumatı verən qaynaq iddia edir ki, adları çəkilən bütün məmurlar məhz yaş məsələsilə əlaqədar mütləq şəkildə vəzifələrini itirəcək və onların parlament seçkilərinə qədər vəzifə başında saxlanılmaları gözlənilən deyil. Bu barədə diaaz.space-a danışan qaynaq bildirir ki, İlham Əliyev yeni komandasının qruculuğu ilə bağlı çox ciddi islahatlara gedəcək. Dəyişikliyin isə yaxın vaxtlara təsadüf edəcəyi qeyd olunur.

Bunu İlham Əliyevin hakimiyyət komandasını gəncləşdirmə niyyətiylə əlaqələndirən mənbəmiz vurğuladı ki, yeniliklərə tədarük bu gün də hiss olunur: “Sadəcə olaraq, müəyyən çalxalanmalar baş verir ki, bu da qabaqcadan da proqnozlaşdırılırdı”.


Geri qayıt