Əsas Səhifə > Güney Press > Biləsuvarda sınıqçı 2 yaşlı qızı masaj edərkən faciə yaşandı
Biləsuvarda sınıqçı 2 yaşlı qızı masaj edərkən faciə yaşandı9-09-2024, 10:59 |
![]() Biləsuvar rayonunda faciəvi hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. Geri qayıt |