Əsas Səhifə > Güney Press > Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı
Namizədi qalib oldu, partiya seçki nəticələrindən narazı qaldı4-09-2024, 17:54 |
ReAl partiyası növbədənkənar parlament seçkilərində qalib olmuş namizədi Erkin Qədirlinin dairəsindəki nəticələrdən narazıdır. "AzPolitika" xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabından paylaşım edilib. Sözügedən paylaşımda 6 məntəqənin nəticələrinin ləğvi tələb olunub. "1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin protokollarına əsasən 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olan Qədirli Erkin Toğrul oğlu qalib elan olunduğu 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına bugün şikayət ərizəsi ilə müraciət etdi. Şikayət olunan məntəqələrədə seçici aktivliyini süni formada artırmaq məqsədilə səs vermiş seçicilərin sayı olduğundan artıq göstərilib",- deyə paylaşımda bildirilir. Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsində mübarizə aparan E. Qədirli 6 min 498 səs (49,4 faiz) toplayıb. Geri qayıt |