Əsas Səhifə > Güney Press > Hansı dövlət orqanlarında dəyişikliklər OLACAQ?

Hansı dövlət orqanlarında dəyişikliklər OLACAQ?


4-09-2024, 17:37
Hansı dövlət orqanlarında dəyişikliklər OLACAQ?
Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə həyata keçirilib. Bu gün hər kəsi maraqlandıran sual parlament seçkilərindən sonra hansı dövlət qrumlarında dəyişikliklər olacağıdır.

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycanda yeni idarəetmə strukturlarının formalaşdırılması gözləniləndir:

"Azərbaycanda yeni idarəetmə strukturlarının formalaşdırılması gözləniləndir. Bu, parlament seçkiləri ilə bağlı deyil, ərazilərin azad olunması ilə bağlıdır. Torpaqlar azad edildikdən sonra yeni idarəetmə strukturları formalaşdı. Fikrimcə qarşıdakı dövrdə əsasən struktur dəyişikliyi bu kontekstdə aparılmalıdır. Xüsusən rayon icra hakimiyyətlərinin ləğv edilib prezidentin xüsusi nümayəndəliyi ilə əvəz edilməsi gözləntisi var. Bununla bağlı konsitusiya islahatları aparılmalıdır. Burda əsas amil regionların idarə edilməsi strukturunun dəyişdirilməsi olacaq. Əgər referendum keçirilsə, parlament seçkiləri də yenidən keçirilə bilər. Həm qanunverici, həm icra, həm də məhkəmə islahatları kompleks şəkildə aparılmalıdır. Əgər struktur dəyişikliyi bu kontekstdə davam edərsə, bələdiyylərin də səlahiyyətlərinin artırılması gözlənilir. Təbii ki, bunlar gözləntilərdir. Amma hələ ki, regionda əsas gözlənti sülh müqaviləsinin imzalanmasıdır. Hər halda bu hadisə gerçəkləşəndən sonra daxildəki idarəetmə sistemində də dəyişikliklər olacaq"

Geri qayıt