Əsas Səhifə > Güney Press > 20 il deyil, ömürlük məhkum olunsun!
20 il deyil, ömürlük məhkum olunsun!4-09-2024, 12:55 |
Ötən il yaşadığı evin qarşısında sui-qəsd cinayətinə məruz qalan Böyük Quruluş Partiyasının lideri, deputat Fazil Mustafa Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə hökmündən apellyasiya şikayəti verib. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Fazil Mustafa apellyasiya şikayətində ona qarşı silahdan atəş açan Səbuhi Şirinovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Qeyd edək ki, deputat silahdan atəş açan Səbuhi Şirinov 20 il azadlıqdan məhrum edilib. Geri qayıt |