Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nazirliyin keçirdiyi tenderlə bağlı NARAZILIQ VAR...
Nazirliyin keçirdiyi tenderlə bağlı NARAZILIQ VAR...16-08-2024, 12:06 |
Bakı şəhərində ayaqqabı istehsalı ilə məşğul olan "Elmanado" MMC şirkəti Müdafiə Nazirliyinin keçirdiyi tenderdə iştirak edən rəqib şirkətin təqdim etdiyi sənədlərlə bağlı şübhəli məqamların olduğunu iddia edir. Saytımıza müraciət edən "Elmanado" MMC-nin təsisçisi Kərim Kərimov nazirliyin təşkil etdiyi 3 satınalma müsabiqəsi üzrə (müxtəlif növ ayaqqabıların, qışlıq və yazlıq uzunboğaz botinkaların) təklif verdiklərini bildirib. O, hər 2 müsabiqə üzrə portalda protokol üzrə "Elmanado" MMC şirkətinin qiymət təklifinin digər müsabiqə iştirakçılarınına nisbətən aşağı və münasib olduğunu və 1 müsabiqə üzrə (qışlıq uzunboğaz botinkalar üzrə) 2-ci olduğunu deyib: "Lakin yuxarıda qeyd etdiyim 3 müsabiqə satın alınması üzrə 12.07.2024 tarixində yekun olaraq "ME.GA.AN" MMC ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulub. Həmin şirkət 3 müsabiqə üzrə bizim ümumi qiymət təklifimizin dəyərindən 911 974,80 (Doqquzyüz on bir min doqquzyüz yetmiş dörd manat 80 qəpik) artıq təklif edib. Aldığımız məlumata görə həmin şirkət mənşə sertifikatı təqdim edib ki, bu da onların bizim qiymət təklifindən daha ucuz olduğunu göstərir. Rəhbərlik etdiyim şirkət isə şərtlər toplusunda məcburi təqdim ediləcək sənədlər arasında olmayan mənşə sertifikatını təqdim etmədiyi üçün bizi qalib saymayıblar. Bildirmək istəyirəm ki, qarşı tərəfin təqdim etdiyi sertifikat əsasında onlara 20 faiz güzəşt tətbiq edilməsi nəzərdə tutulur. Bizim mövcud təklifimizə əsasən isə büdcəyə 911 974,80 manat qənaət edilmiş olar və həmin vəsait tender iştirakçısına ayrılmamaqla büdcəyə xeyir verilmiş olar". Həmçinin vurğulamaq istəyirəm ki, Azərbaycanda ayaqqabı istehsalı ilə bağlı mənşə sertifikatının alınması demək olar ki, mümkünsüzdür. Müdafiə Nazirliyinin Əşya Əmlakının Müayinəsi və Keyfiyyətinə Nəzarət Laboratoriyasına tender iştirakçıları tərəfindən rəsmi qaydada nümunələr təqdim edilib. Mənşə sertifikatın alınması üçün təqdim edilmiş sənədlərlə verilmiş nümunələr eyni olmalıdır. Kərim Kərimov rəqib şirkətin təqdim etdiyi mənşə sertifikatı ilə də şübhəli halların olduğunu bildirib. O, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət etdiklərini deyib: "ME.GA.AN" MMC-nin qalıb nəzərdə tutulmağında əsas səbəb olaraq malların mənşəyi barədə rəylərin olmasıdır, oda öz növbəsində 20%-dək güzəşt tətbiq etdiyi üçün birinci olaraq nəzərdə tutulmuşdur. Azərbaycanda ayaqqabının istehsalatı üçün faktiki olaraq yeganə olaraq qismən dəri xammalı yerli istehsaldır, bu ayaqqabının xammal maya dəyərinin sadəcə 40 % təşkil edə bilər, buda ən yaxşı halda 8-11% güzəşt nəzərdə tutur. Belə olan halda iştirak etdiyimiz müsabiqələrdə ən aşağı qiymət təklifi bizim olaraq qalır. Bununla yanaşı şərtlər toplusunda tələb olunan malları istehsal etmək üçün lazım olan xammalardan yalnız dəri qismən yerli istehsaldır. Şərtlər toplusunda tələb olunan digər xammaların Azərbaycanda istehsalı qeyri mümkündür və mövcüd deyil. "ME.GA.AN" MMC-yə əsaslı olaraq tətbiq olunan 20%-dək güzəşt və əldə etdiyi malların mənşəyi barədə rəylərdə qeyd edilmiş xammalların mənşə ölkələri və təqdim etdiyi kalkulyasiyanın satınalma təşkilat tərəfindən tələb olunan mallara uyğunluğu böyük şübhə yaradır. Bunu nəzərə alaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tam və dürüst şəkildə araşdırma aparmasını xahiş etmişik. Rəyin alınması üçün "ME.GA.AN" MMC-nin təqdim etdiyi xammal siyahılarının, kalkulyasiyaların, mövcüd istehsalat sahəsinin obyektiv olub-olmamasının araşdırılması üçün bizim iştirakımızla müstəqil ekspert təyin edilməlidir. Bundan sonra düşünürəm ki, bir çox məsələlərə aydınlıq gələcək". "Elmanado" MMC-nin rəhbəri şirkətin fəaliyyətini davam etdirmsi üçün tenderlərdə iştirakını və istehsalatı dayandırmamalarının vacib olduğunu vurğulayıb: "Hazırda rəhbərlik etdiyim şirkətdə 100 nəfərə yaxın işçi çalışır. Onların böyük hissəsini məcbur qalıb öz hesablarına məzuniyyətə göndrmişik və tenderlərin nəticəsinə uyğun olaraq fəaliyyətimizi planlaşdırmışıq. Hazırda üzləşdiyimiz durum, ən aşağı qiymətlərlə təklif irəli sürməyimizə baxmayaraq, məğlub duruma salınmağımız fəaliyyətimizi və işçiləimizin sosial vəziyyətini təhlükə altına atır. Onların və rəhbərlik etdiyim şirkətin hüquqi mənafeyini müdafiə etmək üçün məhkəmə müstəvisində mübarizə aparmağa məcburam". Mövzu ilə bağlı Müdafiə Nazirliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərmişik. Mövzuya qayıdacağıq. AzadMediaaz.space Geri qayıt |