Əsas Səhifə > Güney Press > Paşinyan özünə yeni komanda yığır

Paşinyan özünə yeni komanda yığır


14-08-2024, 14:21
Paşinyan özünə yeni komanda yığır
Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclasına gedərkən” Yerevanın Sayat Nova prospektində hərəkət tamamilə iflic olub.

“Cebhinfo.az” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

“Mənbələrimiz bildirir ki, 2026-cı il parlament seçkilərində qələbəni təmin etmək üçün parlamentdə artıq sıraların “təmizlənməsi” başlayıb.

Qeyd edək ki, Nikol Paşinyan məzuniyyətdə olduğundan bir neçə həftədir ki, “Mülki Müqavilə”-nin iclasları keçirilmir. Dünən hakim partiya iclasın baş tutduğunu və ona İdarə Heyətinin sədri Nikol Paşinyanın sədrlik etdiyini açıqlayıb. İclasda Şenqavit ərazi təşkilatı Şurasının rəhbəri vəzifəsinə Tiqran Makaryanın namizədliyi təsdiq edilib.

Mülki müqavilə”nin kollegiyası Abovyan ərazi təşkilatı Şurasının sədri vəzifəsinə Ovannes Abramyanın və Berd ərazi təşkilatı Şurasının sədri vəzifəsinə Sevak Badalyanın namizədliyini də təsdiqləyib”.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Paşinyan bölgələrdə, inzibati rayonlarda səlahiyyətdən istifadə edən və onlara verilən tapşırıqları pozmayacaq adamları “ələ keçirməyə” çalışır:

“Nazirlər Kabinetinin rəhbərinin mütəmadi olaraq bölgələrə, paytaxtın müxtəlif inzibati rayonlarına səfər etməsinin başqa səbəbi də budur.

Mənbələrimizin bildirdiyinə görə, yaxın vaxtlarda partiya üzvlərinin fəaliyyəti müxtəlif yerlərdə yenidən dayandırılacaq və onlar yeniləri ilə əvəz olunacaq”, - nəşr qeyd edir.

Geri qayıt