Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Rusiyanın hədəfində Azərbaycan da var"
"Rusiyanın hədəfində Azərbaycan da var"14-08-2024, 11:56 |
Rusiya öz hərbi-dəniz donanmasını NATO ilə mümkün münaqişə vəziyyətində nüvə başlıqları daşıyan raketlərlə Avropadakı hədəfləri vurmağa hazırlayıb. “Cebheinfo.az”-ın məlumatına görə, “Financial Times” qəzeti Qərb mənbələrinin jurnalistlərə göstərdiyi məxfi materiallara istinadən belə yazıb. “2008-2014-cü illər arasında tərtib edilmiş fayllarda həm adi döyüş başlıqlarını, həm də taktiki nüvə silahlarını daşıya bilən raketlər üçün hədəflərin siyahısı yer alıb”, - deyə adıçəkilən qəzet qeyd edir. “Potensial hədəfləri olan xəritələr, Rusiyanın Ukraynaya genişmiqyaslı işğala başlamazdan əvvəl hazırlanmış zabitlər üçün təqdimatda nümayiş etdirilib” ,- “DW” nəşri xəbər verir. “Financial Times”ın məqaləsində vurğulandığı kimi, bu xəritələr operativ istifadə üçün deyil, təqdimat məqsədləri üçün tərtib edilib. Onlar NATO-nun Avropadakı obyektlərində Rusiya Hərbi Dəniz Qüvvələri üçün 32 hədəfin seçimini təqdim ediblər. Jurnalistlər bununla bağlı aşağıdakı təfərrüatları təqdim edirlər: “Rusiya Baltik Donanmasının hədəfləri əsasən Norveç və Almaniyada, o cümlədən Bergendəki dəniz bazası, həmçinin radar obyektləri və xüsusi təyinatlıların obyektləridir. Rusiyanın Şimal Donanmasının İngiltərənin şimal-qərbindəki Barrou-in-Furnessdəki sualtı qayıq sahəsi kimi müdafiə sənayesi obyektlərini hədəf alması gözlənilir. Hall yaxınlığındakı hədəf (Yorkşirin Şərq Ridinqindəki Kinqston-apon Hall) tüstü bacası ilə işarələnmiş sənaye sahəsi ola bilər”. Təqdimat digər məsələlərlə yanaşı, müvafiq strategiyanın Qara və Xəzər dənizlərində və Sakit okeanda necə tətbiq oluna biləcəyini əks etdirir-, məqalədə belə qeyd edilir. “Bu ssenarilərə Çin, İran, Azərbaycan və Şimali Koreya kimi hazırkı müttəfiqlərlə müharibələr daxildir”. Təqdimat həmçinin, Rusiyanın gəmilərdə nüvə silahı yerləşdirmək imkanını saxladığını, ekspertlərin fikrincə, bunun eskalasiya və ya qəzalarla bağlı əhəmiyyətli əlavə risklər daşıdığını göstərir. Jurnalistlər qeyd edirlər ki, Rusiya Federasiyasının bu cür imkanları ABŞ və SSRİ arasında 1991-ci ildən imzalanmış müvafiq sazişin pozulmasıdır. Müşfiq Abdulla “Cebheinfo.az” Geri qayıt |