Əsas Səhifə > Güney Press, Ana xəbərlər > BOKT-nin İdarə Heyətinə təyinat olub

BOKT-nin İdarə Heyətinə təyinat olub


14-08-2024, 09:22
BOKT-nin İdarə Heyətinə təyinat olub
Bank olmayan kredit təşkilatı “International” ASC-nin İdarə Heyətinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, BOKT “International”ın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən Dadaşov Əşrəf Səlim oğlu İdarə Heyətinin üzvü seçilib.

Bununla da İdarə Heyətinin üzvləri bu şəxslərdən ibarətdir:

Sədr:

Həsənov Nicat Vaqif oğlu
Üzvlər:

Dadaşov Əşrəf Səlim oğlu
Cabbarova Leyla Vaqif qızı
Ağayev Azər Qismət oğlu
Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 8 mln. manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsudur.

Geri qayıt