Əsas Səhifə > Güney Press > Vaşinqton ASALA-nı Azərbaycana qarşı döyüşməyə göndərib?
Vaşinqton ASALA-nı Azərbaycana qarşı döyüşməyə göndərib?13-08-2024, 16:13 |
Avqustun 2-i və 3-də ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsi İrəvanın “Zavrtnots” hava limanına enib. Bu barədə "Caliber" məlumat yayıb. Eyniadlı "YouTube" kanalında bu axşam yayımlanan süjetdə isə həmin təyyarələrin görüntüləri əks olunub. Bildirilib ki, "Boing C17" təyyarələri hərbi yüklə yanaşı Ermənistana ABŞ ordusunun şəxsi heyətini də gətirib. Hərbçilərin çoxu ABŞ Silahlı Qüvvələrində xidmət edən erməni əsilli şəxslərdir. Diqqəti cəlb etməmək üçün onlar Ermənistan ordusunun geyimləri ilə təchiz olunublar. Maraqlıdır, ABŞ-nin bu addımı Rusiyaya, yoxsa Azərbaycana qarşı yönəlib? Məsələ ilə bağlı politoloq Qabil Hüseynli “Cebheinfo.az”-a şərhində bildirib ki, ABŞ-nin bu addımı Azərbaycan-Ermənistan sülh prosesinə məfi təsir göstərəcək: “Sözsüz ki, ABŞ-nin Ermənistandakı son addımlarında Rusiyaya qarşı müəyyən elementləri görmək olar. Amma bu, bütövlükdə məhz Azərbaycana qarşı yönəlib. Vaşinqton Azərbaycanın maraqlarına uyğun olmayan şərtləri qəbul etdirmək istəyir. Qeyd edim ki, ABŞ-nin Ermənistana göndərdiyi hərbi heyətin arasında ASALA-ya rəğbəti olan, ASALA ilə müəyyən bağlantıları olan muzdlu dəstə də var. ABŞ-nin bu hərəkəti beynəlxalq hüquq normallarına ziddir”. Politoloq bildirib ki, Azərbaycan bununla bağlı BMT-yə müraciət edə bilər: “Dünənə qədər sülhdən danışan, Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi olmağa hazır olduğunu bildirən Vaşinqton indi hər iki ölkəni bir-birinə qarşı qoymağa çalışır. Bu qəbuledilməzdir və regionun sabitliyinə ciddi təhlükə yaradır. Vaşinqton öz hərəkətlərini yenidən nəzərdən keçirməlidir”. Geri qayıt |