Əsas Səhifə > Güney Press > Ucuz qiymətə satılan İran məhsulları...
Ucuz qiymətə satılan İran məhsulları...8-08-2024, 12:56 |
Bazarlarda tez-tez İran məhsulları ilə qarşılaşırıq. Hətta paytaxt və bölgələrdə bu məhsulların satıldığı ayrıca mağazalar da fəaliyyət göstərir. Qiymətlər də başqa marketlərə nisbətən ucuzdur. Vətəndaşlar İran məhsullarından daha çox yuyucu vasitələrə, kərə yağlarına, şirniyyat və digər qida məhsullarına üstünlük verirlər. Bəs, bu məhsulların keyfiyyətinə nəzarət varmı? Daha ucuz qiymətə satılan qidaların tərkibi təmizdirmi? Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az –a açıqlama verib. O, bildirib ki, əsas məsələ məhsulların markalanmasıdır: “İran məhsulları ilə bağlı hər həftə istehlakçılardan zənglər gəlir. Əsas şikayətlər həmin məhsulların markalanması məsələsi ilə bağlıdır. Uzun müddətdir ki, bu problem var. İstehlakçıların məlumat alma imkanlarının məhdud olması, xüsusən buraxılma tarixi, son yararlılıq müddətinin fars əlifbası ilə olması ciddi məsələlərdən biridir. İran mallarının milli dildə markalanması ilə bağlı dəfələrlə AQTA-ya müraciət etmişəm. Çox təəssüf ki, məsələ həll olunmur”. Ekspertin dediyinə görə, şikayətlərdən biri isə İrandan gətirilən kərə yağları ilə bağlıdır: “İstəyirik ki, kərə yağı bazarında vətəndaşlar ucuz və keyfiyyətli yağ alsınlar. Lakin bu məsələdə haqsız rəqabət şəraiti yaradılır. Yağların ucuz olmasının tərəfdarıyıq. Lakin onların tərkibi araşdırılmalıdır. Ən yaxşı ekspertiya istehlakçıların ümumi fikri və ictimai rəydir. Onlar düşünürlər ki, İrandan gətirilən kərə yağları heç də təmiz yağ deyil. Buradan AQTA-ya çağırış edirəm ki, bunu araşdırsınlar. Tərkibində qarışıq yağlar varsa, malın etiketinə yazılmalıdır. On ildən çoxdur ki, İrandan qaymaq gətirilir. Qaymaq uzun müddət saxlanıldıqda xarab olmur, dadı da yaxşıdır. İstehlakçılar düşünürlər ki, bu qaymaqlar çoxlu sayda qatqılara məruz qalır və s. İranda ümumiyyətlə, kimya sənayesi çox inkişaf edib. O cümlədən kimya sənayesi qida sənayesinə də nüfuz edib. AİB İrandan gələn kərə yağının araşdırılması ilə bağlı məşğul olacaq”. E.Hüseynov kərə yağının bahalaşması məsələsinə də toxunub: “Kərə yağlarının qiyməti daim artır. Bu yağlara qoyulmuş vergilər azaldılmalıdır. Kərə yağı istehsalçıları və idxalçılarıtəxminən 24 faiz zərərə uğrayırlar. Buna görə də kərə yağının qiyməti qalxır. Çox yaxşı haldır ki, Çində, Hindistanda vegeterianlar var. Əgər vegeterianlar kərə yağı yeməyə başlasalar, yağın qiyməti 100 manata qalxacaq”. Geri qayıt |