Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizinin sülh razılaşmasından çıxarılması Rusiyanı ciddi narahat edib
Zəngəzur dəhlizinin sülh razılaşmasından çıxarılması Rusiyanı ciddi narahat edib8-08-2024, 12:32 |
Azərbaycan hökuməti “Zəngəzur koridoru” məsələsinin sülh müqaviləsindən çıxarılmasına razılıq verib. Gununsesi.info xatırladır ki, bu barədə Azərbaycan Prezidentinin nümayəndəsi Elçin Əmirbəyov danışıb: “Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik”. Bu arada isə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycana gəlməsi Zəngəzur dəhlizi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Siyasi şərhçi Elçin Rüstəmli Gununsesi.info-ya deyir ki, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması məsələsinin sülh razılaşmasından çıxarılması, buna daha sonra qaydılması barədə ilkin razılaşma Rusiyanı ciddi şəkildə narahat edib: “”10 Noyabr” bəyanatını qüvvədə saxlayan yeganə məsələ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nəzarəti altında Azərbaycanın əsas hissəsindən Naxçıvana yolun açılması idi. Azərbaycanın öz ərazilərinə nəzarəti tam bərpa etməsi, Rusiya ordsunun ölkəni tərk etməsi ilə Bəyannamənin qalan bütün maddələri ya icra olunub, ya da əhəmiyyətini itirib. Ermənistan və Qərb Zəngəzur dəhlizinin bu şərtlər altında açıqlmasına qarşıdır, İran, ümumiyyətlə bu yolun hər hansı formada açılmasını istəmir. Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyuq Tehrandan Bakıya buna görə tələsik gəlmişdi. Bakıda onun əsas bəyanatı bu oldu ki, 2022-ci il 22 fevralda Moskvada imzalanmış Müttəfiqlik və qarşılıqlı yardım haqqında Bəyannaməyə əməl etmək lazımdır. Yəni hər iki ölkə bir-birinin maraqlarına qarşı addım atmamalıdır”. Geri qayıt |