Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Oqtay Gülalıyevin ailəsi:
Oqtay Gülalıyevin ailəsi:1-08-2024, 15:54 |
![]() “Az da olsa, irəliləmə var. Səsə reaksiya verir, çağıranda dönüb baxır”. Bu sözləri “Cebheinfo.az”-a açıqlmasında uzun müddətdir xəstə olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. Onun sözlərinə görə, bəzi irəliləyişlər olsa da, təminat zəif olduğundan ehtiyac olan məsələlər həll edilmir: “Başqa bir ciddi irəliləmə yoxdur. Az da olsa, yemək yedirtməyə çalışırıq. Amma bəzi şeylərdə çox da dərinə gedə bilmirik. Bəzi proseslər var ki, onu heç edə bilmirik. Bizə deyirlər ki, loqoped lazımdır. Danışdırmaq üçün buna ehtiyac var, reabilitasiya lazımdır. Çox təəssüf ki, bunu edə bilmirik. Dövlət tərəfindən verilən tibb bacıları bunu edə bilmir. Ayaq üstünə qaldırmaq üçün aparat lazımdır, özümüz almaq istədik, amma almağa da imkan yoxdur, gücümüz çatmadı. Psixoloqa da ehtiyac var, amma tutulmayıb”. Onun sözlərinə görə, TƏBİB verilməsi nəzərdə tutulan dərmanları da tam şəkildə ailəyə çatdırmır: “TƏBİB-ə müraciət etdik, amma cavab verilmədi, müraciətimizə baxılmadı. Bəzi dərmanlar var ki, TƏBİB heç 2 aydır onları qarşılamır. Özümüz almalı oluruq. Bəzi ləvazimatlar var, onu verdilər, dərmanları vermədilər. Ləvazimatlar da heç tam verilmədi. 1-2 şey verirlər, heç onu da tam qarşılamırlar. Neçə dəfə zəng edirəm, xahiş edirəm, xeyri yoxdur”. Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib. Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Geri qayıt |