Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Akif Nağı da namizəd oldu...
Əsas Səhifə > Güney Press > Akif Nağı da namizəd oldu...

Akif Nağı da namizəd oldu...


16-07-2024, 17:50
Akif Nağı da namizəd oldu...
Azad Vətən Partiyası Akif Nağının namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.

Dia-az.İnfo xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının Mətbuat xidmətindən bildirilib.

"30 il ərzində Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etdiyimə görə namizədliyimin Qarabağın bir hissəsindən verilməsi həm də simvolik məna daşıyır", - Akif Nağı qeyd edib.

Partiyanın seçki qərargahından bildiriblər ki, bu günə qədər Akif Nağı ilə yanaşı, 54 saylı Mingəçevir seçki dairəsindən Tacəddin Əyyubov, 114 saylı Şəki şəhər seçki dairəsindən Elxan Rəhimov, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən Gəray Əsədov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Zaur Ələkbərov, 112 saylı Zaqatala seçki dairəsindən Polad Soltanov, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Ramil Şirinov, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən Vidadi Şirəliyev, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Tağı Kazımov, 25 saylı Nizami 2-ci seçki dairəsindən Bəhmən Ədilov, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən Nadir Məmmədov, 119 saylı Ağdam seçki dairəsindən Maya Quliyeva və digərlərinin namizədliyi irəli sürülüb.

Namizədlərin irəli sürülməsi prosesi davam edir.


Dia-az.İnfo-dan ZƏRURİ QEYD: Vurğulayaq ki, Akif Nağı siyasi mövqe baxımından fars-molla rejimi ilə yetərincə ortaq fikirlərə malikdir və bu düşüncəsini dəfələrlə yerli KİV-də də çəkinmədən elan edib. Hər halda, belə birisinə - Bütpv Azərbaycan amalını absurd "böyük Ermənistan" sərsəmləməsi ilə eyniləşdirən birisinə kiminsə səs verəcəyini təxmin etmək kifayət qədər çətindir... Bunu elə Akif Nağının özü də nəzərə almalı idi...

Geri qayıt