Əsas Səhifə > Güney Press > Azərbaycanda yeni xəbər portalı
Azərbaycanda yeni xəbər portalı18-03-2014, 11:27 |
![]() Artıq bu gündən Azərbaycan mətbuatında daha bir sayt - Aktual.az fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a tanınmış teleaparıcı Telman Məmmədov məlumat verib. O bildirib ki, yeni yaradılmış portalda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin, gənclərə də portaldakı jurnalistlərin tərübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalının məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq. Həmkarlarımıza uğurlar arzulayırıq! Geri qayıt |