Əsas Səhifə > Güney Press, Üst manşet > “Azəriqaz”da vətəndaşı QAZLAMA SİYASƏTİ

“Azəriqaz”da vətəndaşı QAZLAMA SİYASƏTİ


11-05-2024, 07:54
“Azəriqaz”da vətəndaşı QAZLAMA SİYASƏTİ
“Azəriqaz”da rəhbərlik dəyişsə də, nə iş prinsipində, nə işçilərə və nə də ki vətəndaşlarla - abunəçilərlə iş istiqamətində müsbətə doğru hansısa dəyişiklik baş verməyib. Əskinə, vəziyyət problemlərin aradan qaldırılmaması səbəbindən daha da pisləşməkdədir, pisləşə bilər. diaaz.space bildirir ki, elə bu məsələyə diqqət ayıran Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı rəhbərliyə xitab edərək mövcud problemləri sadalayıb.

Tanınmış hüquq müdafiəçisinin müraciətini olduğu kimi təqdim edirik:

"Qaz itgisini abonent hesabına bağlama siyasəti hələ də davam edir ki?! Hələ sevinək ki, "Azəriqaz" İB :
-Əksər istehlakçılara tədbiq olunan ənənəvi 1552 man.cəriməni;
-İtirilmiş qazın (uçota alınmayan qaz sərfini , ) hesablanmasını , nəticədə bir kub metr qazın qiymətinin süni şəkildə qalxmasını, sizə tədbiq etməyib. Bəlkə tədbiq edəcək?
Təşkilatımızın hüquqşünasi Azər Quliyevin Azəriqaz İB-nə etdiyi müraciət hələ də cavabsız qalıb. Buna görə də O, şikayətinin sosial şəbəkə vasitəsilə çatdırmalı oldu və bilmək istəyir ki, uzun müddət mənzilində yaşamadığı halda bu qədər qaz sərfiyyatı hardan əmələ gəlib? ?????
-Azəriqaz" İstehsalat Birliyinin rəhbəri və ya digər vəzifəli şəxsləri dəyişsə də, əhalinin adına qanunsuz pul yazılması soyğunçuluğu hələ də davam edir. Eyni soyğunçuluq artlq ikinci dəfədir kj, mənum də başıma gəlir.
1. Birinci dəfə: dəfələrlə müraciət etsəm də bu quruma, heç bir nəticəsi olmadı, məcbur olub məhkəməyı müraciət etdim, məhkəmə vasitəsilə ilə hüququmu bərpa etdim.
2.Sağlamlığımla əlaqədar artıq2 ildir ki,mənə məxsus olan mənzilimdə yaşamıram. Bu səbəbdən də təbii ki, qazdan da istifadə etmirəm .
3. Mənzildə - yaşamamağıma baxmayaraq, (hərdən mənzilimı baş çəkməklə qısa müddət istisna olmaqla) mənım adıma 1 il 6 üçün - 288 manat, aprel ayında bir dəfə dəolsun qapısını açmadığım mənzilimə görə mənə 28 manat pul yazılıb, cəmi: 316 manat yaşayış olmayan mənzilə görə saxta qaz pulu yazılıb.
4. Bu barədə, qurumda məsul vəzifəli şəxs olan Zamun müəllimə: həm şifahi, həm də yazılı müraciət etdim, 1 ay əvvəl.
5. Qurum tərəfindən yazılı müraciətimə hələ də cavab verilməyib. Dəfələrlə yazılı cavab tələb etməyimə baxmayaraq.
Müraciətimdə olan şikayətim isə əsasən aşağıdakı məzmunda olub:
6. Mənzildə yaşamamağıma baxmayaraq, (qısa müddət istisna olmaqla) 1 il 6 ay üçün 316 manat borc hardan alınıb?
7. Bu ilin aprel ayında bir dəfə də olsun qapısını açmadığım mənzilimə görə 28 manat pul necə yazılıb?
8. Əgər borcum olubsa, bu qurum hansı əsas və ya səbıbdən 2022-ci ilin avqust ayından- 2024-cü ilin mart ayına qədər 1 dəfə də olsa
nədən mənə yazılı xəbərdarlıq etməyib?
9. Qurumun nümayəndəsi mənə bildirir ki, dəfələrlə mənzilin qapısını döyüblər, qaplnı açan olmayıb. Özləri də özlərini inkar edirlər. Cənablar bu fakt da təsdiq etmirmi ki, bu mənzildə yaşayış yoxdur. Ən azından sizdən bir işçiniz heç olmasa bir dəfə də olsa görübmü ki, mənzildə yaşayış olmasını?
10. Bunu Azərbaycanda bilməyən yoxdur ki, hər ilin sonunda sayğacdakı rəqəm sıflrlanır. Saxta olaraq yazdıqları bu məbləğ isə heç bir ildə, yəni, nə 2022-ci ilin, nə də 2023-cü sonunda sıflrlanıb. Belə ki, 2023-CÜ İLİN YANVAR AYINDA MƏNİM 2000 KUBAMETRƏ YAXIN QAZ SƏRFİYYATIM OLUB VƏ Məndən hər KUBAMETRƏ görə 12 qəpik deyil, 2000 KUBAMETRƏ görə 20 qəpikdən pul tutulub.
11. Zamun müəllim mənə bildirdiki, bizə işiq və su puluna görə 2022-ci ilin avqust ayından - 2024-cü ilin mart ayına qədər olan qəbzləri də təqdim edin ki, baxaq və yoxlayaq ki, orda yaşayış olub yoxsa yox. Bu barədə olan qəbzləri də təqdim etdim, həm su, həm də işiq üçün hər biri 5-10 manat olmaqla da bu mənzildə yaşayışın olmadığını təsdiq edən qəbzləri.
Bir sözlə Zamin müəllim və nümayəndəsinin sözündən belə başa düşdüm ki, siz nə qədər istəyirsiniz sübut təqdim edin, biz hansı məbləği istəyiriksə, onu da yazacağıq.
13. Və ən maraqlısı da ondan ibarət idi ki, bu şikayəti araşdıran qurumun nümayəndələri gah qayda qanundan, gah Taarif Şurasından, gah da Nazirlər Kabinetinin 80 saylı qərarından və mübahisəyə aid olmayan boş boş sözlər danışıb,məni yolaverməyə çalışırdı
Ən azından başa düşmədi ki, QARŞLSINDAKI HÜQUQŞÜNASDIR, ONLARA QARŞI ÇIXDIĞI BÜTÜN MƏHKƏMƏ İŞLƏRİNDƏ öz XEYRİNƏ QƏRAR QƏBUL ETDİRƏN HÜQUQŞÜNAS.
14. CƏNAB AZƏRİQAZ VƏZİFƏLİ ŞƏXSLƏRİ, BU VİDEOYA DİQQƏTLƏ BAXIN. MƏNİM ŞİKAYƏTİMİN CAVABI BURDA DA VAR.
15. Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:
1200 m3-dək olan bir kubmetrə görə 12 q.
1200-2500 m3 bir kubmetrə görə 20 qəpik,
2500 m3-dən çox olan bir kubmetrə görə 25 qəpik ödənilir..."

Geri qayıt