Əsas Səhifə > Güney Press / Ana xəbər > “İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır

“İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır


1-05-2024, 16:24
“İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır
“İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır. Artıq bir neçə aydır ki, agentlikdə çalışan işçilərin əmək haqları ödənilmir.

Bu barədə Gununsesi.info-ya adıçəkilən agentlikdən bildirilib.

Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən maliyyələşdirilən “İnterfax-Azərbaycan”a maliyyə yardımı dayandırılıb.

3 gün ərzində isə agentliyinin web səhifəsində yeni xəbərlər yerləşdirilməyib.

Bildirilir ki, əməkdaşlar sonuncu dəfə 3 ay əvvəl maaş alıb.

Məlumata görə, Azərbaycan hökumətinin bu agentliyə önəm verməməsi Rusiyaya məxsus daha bir agentliyin – Sputnik-in Azərbaycan versiyasının olmasıdır.

Xatırladaq ki, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Rusiyanın “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılıb.


Geri qayıt