Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Nazir yeni rəis müavini təyin etdi
Nazir yeni rəis müavini təyin etdi22-04-2024, 17:59 |
Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə növbəti kadr təyinatı olub. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Quliyev Nizami Qələndər oğlu FHN Sumqayıt Regional Mərkəzin rəis müavini təyin edilib. Qeyd edək ki, Nizami Quliyev 29.04.1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 1 övladı var. Qaynarinfo Geri qayıt |