Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ərdoğanın uğurlu İRAQ SƏFƏRİ...
Əsas Səhifə > Güney Press > Ərdoğanın uğurlu İRAQ SƏFƏRİ...

Ərdoğanın uğurlu İRAQ SƏFƏRİ...


22-04-2024, 17:57
Ərdoğanın uğurlu İRAQ SƏFƏRİ...
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri və Bağdadda əldə etdiyi razılaşmalar Azərbaycan üçün də faydalıdır. Birincisi, Türkiyənin İraqda terrorçulara qarşı mübarizəni daha geniş şəkildə davam etdirməsi strateji müttəfiqimizin gücünə güc qatacaq. Bağdad Ankara ilə birgə regional layihələr reallaşdırmaq istəyir. Türkiyə buna hazırdır. Yəni hardan baxsaq Türkiyə İraqda mövqelərini gücləndirmək siyasətini həyata keçirəcək. Bu Tehranın xoşuna gəlməyəcək və İraqdakı tərəfdarları vasitəsilə ümumi gedişatı pozmağa çalışacaq. Bunun alınmayacağı halında İranın İraqa təsiri azalacaq. Çünki iraqlılar müxtəlif məzhəblərə mənsub olmalarına baxmayaraq, ölkələrində rahat yaşamaq istəyirlər. Bunu isə İranla deyil, Türkiyə kimi ölkələrlə nail olmaq mümkündür. Türkiyə İrana heç vaxt problem yaşatmayıb, əməkdaşlığa üstünlük verib. Ancaq Tehran hər zaman Türkiyəni regional rəqibi kimi görüb, bu məqsədlə PKK terrorçuları ilə əlaqəsi olub. Türkiyə-İraq yaxınalşmasının və bu bölgədə birgə iqtisadi, nəqliyyat və enerji layihələrinin reallaşmağa başlaması İranın bölgəyə dağıdıcı təsirini azaldacaq ki, bu Azərbaycanın maraqlarına uyğundur. Bakı da son illər Bağdadla əməkdaşlığını genişləndirir, İraqın prezidenti Abdullatif Camal Rəşid qısa müddət ərzində iki dəfə Bakıda olub və azərbaycanlı həmkarı İlham Əliyevlə geniş fikir mübadiləsi aparıb. Azərbaycan da Türkiyə kimi bölgədə əməkdaşlıq və regional layihələrdən yanadır, ancaq Tehrandakı dairələr anti-Azərbaycan siyasəti ilə buna mane olmağa çalışırlar.

Elxan Şahinoğlu - diaaz.space

Geri qayıt