Əsas Səhifə > Güney Press > Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici görüş keçirilib

Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici görüş keçirilib


20-04-2024, 12:51
Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici görüş keçirilib
Tərtər rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı
Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində Tərtər rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat
rəhbərləri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri, ictimai fəallar və ictimaiyyət
nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin
ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri
İsrafil Paşayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin
Umudov öncə qonaqları salamlayıb, tədbirin əhmiyyətindən danışıb. İqlim
dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin
beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin
fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident
İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirərək bu
il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Tərtər rayonunda
görülən işlər haqqında ətraflı məlumat verib.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər
İdarəsinin ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə
sektorunun müdiri İsrafil Paşayev iştirakçılara ətraf mühitin mühafizəsi
haqqında qanunvericiliyin tələbləri, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə
tədbirləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Geri qayıt