Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Müğənni Günay İbrahimlinin keçmiş sponsorunun ölkədən çıxışına "stop" qoyulur
Müğənni Günay İbrahimlinin keçmiş sponsorunun ölkədən çıxışına "stop" qoyulur16-04-2024, 13:06 |
![]() Müğənni Günay İbrahimlinin keçmiş sponsoru Nuriyyə Əhmədovanın Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciət olunub. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi N.Əhmədova barəsində məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib. İş hakim Ramiq Qələndərzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmə ərizəni təmin etsə, N.Əhmədovanın Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq. Qeyd edək ki, Nuriyyə Aslan qızı Əhmədova iş adamı kimi tanınır. O, bir müddət əvvəl sponsorluq etdiyi müğəni Günay İbrahimli ilə aralarında yaranan borc məsələsi ilə bağlı gündəmə gəlib. N.Əhmədova həmin vaxt müğənninin ona 200 min manatdan artıq borclu olduğunu söyləyib. ![]() Geri qayıt |