Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Abşeron təhsili ilə nazirlik də bacarmır?
Abşeron təhsili ilə nazirlik də bacarmır?5-03-2024, 16:48 |
Abşeron rayon, Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımına start verilib. diaaz.space AzFakt.com-a istinadən xəbər verir. Məlumata görə məktəbin şagirdlərindən “8 mart”la əlaqədar 40-50 manat toplanılır. Şagirdlərdən pullar “Valideynlər komitəsi”nin yaratdığı vatsap qruplarında yığılır. Baş verən rüsvayçı hadisədən məktəb direktorunun müavini Aygün Ağalarovanın birbaşa xəbərdar olduğu deyilir. Məktəb direktoru “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığılmaması barədə rəsmi elan verib. Direktor Pənah Babayev imza və möhürlə təsdiq etdiyi elanda valideynləri “8 mart” münasibətilə pul verməməyə çağırır. Sosial şəbəkələrdə paylaşılan elan birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri isə Mehdiabad qəsəbəsi 1 saylı məktəbi direktorun yox, valideynlər komitəsinin idarə etdiyini, direktorun isə “gözükölgəli” olduğunu bildirir. Qeyd edək ki, Mehdiabad qəsəbəsi 1 saylı məktəbi Abşeron-Xızı Regional İdarəsinə tabedir. Abşeron-Xızı Regional İdarəsinin müdiri İlhamə Abdullayevadır. Geri qayıt |