Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir..."
"Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir..."5-03-2024, 12:19 |
Geofizika və Geologiya İdarəsində müşahidə olunan özbaşınalıqlarla bağlı diaaz.space-ya giley dolu yeni müraciət daxil olub. Müraciət müəllifi yazır: "Geofizika və Geologiya İdarəsində maaşlara olan bütün əlavələr kəsilib. Şənbə-bazar günləri işçini işlədib əməkhaqqısını vermirlər. Əvəzində istirahət verirlər... Saat 5-dən sonra axşam işə gedirsən, əlavə 4 saat yazılırdı... Onu da kəsiblər... Bunların hamısı 2016-cı ilin mart ayından baş verməkdədir. Şənbə-bazar ödənişləri ləğv olunub. 2016-cı ilin avqust ayından "4 saat ödənişləri" ləğv olunub. SOCAR-da bütün idarələr əlavə ödənişləri ödəyir, yalnız Geofizika və Geologiya İdarəsi ödəmir. Etiraz edirsən, deyirlər, daxili əmrdir... Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir..." Geri qayıt |