Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Yəqin bu il canmız bu qardaşlardan da qurtarar..."

"Yəqin bu il canmız bu qardaşlardan da qurtarar..."


9-02-2024, 12:21
"Yəqin bu il canmız bu qardaşlardan da qurtarar..."
"Yəqin bu il canmız bu qardaşlardan da qurtarar..." diaaz.space bildirir ki, bunu "Cəlilabadlılar" qrupundakı paylaşımlarında qeyd edən narazı vətəndaşlar iddia edirlər ki, bu gün Cəlilabad rayonu Kərəm və Malik Həsənov qardaşları tərəfindən işğal olunub.

Müraciətdə daha sonra deyilir: "Biz Cəlilabad sakinləri 7 fevral seçkilərin byük inamla qatıldıq. Çünki dəyişikliklərin olacağına inanır və ümid edirik. Düşünürük ki, bu seçkidən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyevin apardığı islahatlar rayonumuzu da əhatə edəcək.

Bizlər bir camaat olaraq bizə ərazi bütünlüyü xoşbəxtliyini nəsib etmiş Prezident İlham Əliyevə bir kişi olaraq borcumuzu vermək üçün ona səs verdik. Və eyni şövqlə də islahatların olacağına ümid edirik. İnanırıq ki, yaxın günlərdə Cəlilabad rayonu Həsənovlardan azad olunacaq..."

Geri qayıt