Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İlqar Həbiyevlə bağlı yeni iddialar...
İlqar Həbiyevlə bağlı yeni iddialar...9-01-2024, 11:32 |
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib". Məqalənin əvvəli burada: İlqar Həbiyevlə bağlı İLGİNC İDDİALAR... - "Kərəm Həsənov dönəmində olduğu kimi..." Davamı burada: "Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Şöbə rəisi hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdəns alma kampaniyası həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu formalaşdırmağa çalışır. Nəticədə, dövlətə vicdanla xidmət edən şəxslər əsassız iddialarla gözdən salınır, İlqar Həbiyevin qanunsuz əməllərinə etiraz edən, bu əməlləri ifşa edən şəxslər şöbə rəisi tərəfindən böhtanlara hədəf seçilir. İlqar Həbiyevin hansı vəzifəyə göz dikdiyi, kimlərə qarşı hansı böhtan kampaniyaları apardığı, dövlət vəsdaiti hansı üsullarla mənimsədiyi, sabiq komitə sədri Kərəm Həsənovla münasibətlərinin keçmiş və hazırkı vəziyyəti, sahib olduğu daşınmaz əmlaklar, Cəlilabad reyestrində müdir vəzifəsində çalışan qardaşının qanunsuz əməllərini necə ört-basdır etdiyi və s. ilə bağlı növbəti yazıda sizə ətraflı məlumatlar təqdim edəcəyik..." Bizi izləyin... diaaz.space Geri qayıt |