Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > `Amerikanın oyunu`na gələnlər arasında TƏBİB şefi də var?..

`Amerikanın oyunu`na gələnlər arasında TƏBİB şefi də var?..


28-11-2023, 10:04
`Amerikanın oyunu`na gələnlər arasında TƏBİB şefi də var?..
TƏBİB-ın USAİD-lə əməkdaşlıq etdiyi üzə çıxıb.
RealMediaaz.space sosial şəbəkədə yayılan məlumatlara istinadən xəbər verir ki, bu barədə TƏBİB və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəsmi saytlarında paylaşım olunub.
İddialara əsaən, son bir il ərzində TƏBİB USAID-dən bir neçə milyon dollarla ölmülən qrant layihələri qazanıb.
Bundan əlavə, TƏBİB-ın icraçı direktoru Vüqar Qurbanov dəfələrlə USAID üzvləri ilə görüşlər keçirərək, onlarla potensial əməkdaşlıq yollarını müzakirə ediblər.
Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, TƏBİB-in rəsmi saytında dərc olunan və USAID-ın də qeyd olunduğu “Beynəlxalq Əməkdaşlıq” məqalədən USAID-ın adı silinib. Təşkilatın adı internet üzərində axtarışı edilərkən həmin məqalədə çıxsa da, lakin məqaləni açdıqda onun silindiyi məlum olur.
Deyəsən, TƏBİB rəhbərliyi işini başa düşüb, bu üzdən də saytlarda yer alan məqaləni sildirməklə “təmizlik” işləri aparır.
Qeyd edək ki, hökumətə yaxın saytlar “AbzasMedia” rəhbərliyinin USAID-lə əməkdaşlığa görə həbs edildiklərini iddia ediblər.
Görünür, Vüqar Qurbanov növbəti həbs dalğasının TƏBİB-də olacağının fövqünə varmaqla yazıları saytlardan sildirməyə qərar verib.

Mənbə: RealMediaaz.space
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt