Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ezamiyyə pulunda ŞƏNBƏ-BAZAR FIRILDAĞI...
Ezamiyyə pulunda ŞƏNBƏ-BAZAR FIRILDAĞI...23-10-2023, 11:13 |
DİA.AZ: - "İşçilərin bildirdiyinə görə SOCAR Nəqliyyat idarəsinin 6 saylı TNİ rəhbərliyi bir aylıq ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini hesablayarkən şənbə, bazar günləri üçün ödəniş etmir". DİA.AZ bildirir ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı baş verən olayla bağlı əlaqədar qurum və şəxslərə qanunların buyurduğu tələbləri də çattdırıb. M.Qəhrəmanlı "Marifləndirmə" başlığı ilə bunları açıqlayıb: "SOCAR Nəqliyyat idarəsi ,6 saylı Texniki Nəqliyyat Departamentinin rəisi cənab cənab Ağaxan Əsədov. qanun deyir ki: -Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir. Ezamiyyə xərci əmək haqqı deyil, elə ezamiyyə xərcidir. İşçilər Azərbaycan Respublikasının rayonlarına ezam olunublarsa, hər hansı bir şərt və ya səbəb göstərmədən hər gün üçün ezamiyyə pulu ödənilməlidir ✅Neçə günlüyə göndərmisiniz,o qədər də günün pulunu ödəməlisiniz. -Cəza tədbiqi Əgər işçilərin dediyi həqiqətdirsə, bu halda siz : -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən( İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.)cərimə olunmalısınız. Qeyd: İl ərzində daxil olan çoxlu şikayətlər, apardığımız araşdırmalar və s. göstərir ki, SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisə rəhbərliyi(sahə üzrə məsul çəxs) Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" qərarı bilmir və nətiçədə işçi hüquqlarını kütləvi pozulması halları baş verir . . Düşünürəm ki, SOCAR məsul şəxslərinin şirkət tərəfindən təlimlərə cəlb olunmasına ciddi ehtiyac duyulur. Təklif: Həmin təlimlər NHMT İB , peşəkar hüquqşünası tərəfindən də təşkil oluna bilər". Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |