Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bir neçə dəfə İcra hakimiyyətinə demişəm..."
"Bir neçə dəfə İcra hakimiyyətinə demişəm..."8-10-2023, 13:19 |
DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bu dəfə QHT Agentliyinin rəhbərliyi barədə yox, Bakı şəhəri icra hakimiyyəti barədə paylaşımı ilə diqqətə gəlib. DİA.AZ xəbər verir ki, İSBAM sədri Bakının ən böyük və yaraşıqlı parklarından biri kimi tanınan "Qış Parkı"nın hazırki durumuna görə BŞİH rəhbərliyini tənqid edib. Adıgözəlli fotolar təqdim edərək yazır:" Bura şəhərin mərkəzi , Qış parkıdır. Keçidi üfunət qoxusundan keçmək mümkün deyil. Pilləkənlər (eskalator) işləmir, zibilxanaya çevrilib". Qeyd edək ki, paylaşıma reaksiya verənlər də eyni etirazı sərgiləyib. Jurnalist Sima Babayeva ərazinin "narkoman yuvası" olduğunu bildirib. Jurnalist Məğrur Salmanov isə belə deyib: "Bir neçə dəfə İcra hakimiyyətinə demişəm, xeyri yoxdur..." Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |