Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şəhid qardaşının krançı işləməsini də çox görürlər...
Şəhid qardaşının krançı işləməsini də çox görürlər...29-09-2023, 09:53 |
DİA.AZ: - "Cənab Əmirxan Hüseyinli, şəhid qardaşına bu münasibətin kökündə nə dayanır? Niyə axı?" DİA.AZ bildirir ki, bu sözlər tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının müraciətində yer alıb. "Araşdırılmasına ciddi ehtiyac duyulur" deyə qaldırdığı problemlə bağlı həyəcan təbili çalan M.Qəhrəmanlı daha sonra Siyəzən şəhər sakini şəhid qardaşı Baxışov İbadi Canbaxış oğlunun müraciətini yayıb. DİA.AZ NHMT sədrinə istinadən həmin müraciəti təqdim edir: "Mən SOCAR 2 saylı nəqliyat departamentin Siyəzən sahəsində 25 tonluq traktor kranda calışıram. 25 ildir ki calışdığım müddətdə tərəfimdən hec bir qanun pozuntusu olmamışdır. Mənim öz müdüriyyətimdən hec bir narazıcılığım yoxdur. Şikayətim SOCAR KQİT Abşeron İB nin Siyəzən sahəsi üzrə rəisi Əmirxan Hüseyinlidəndir. Mənim texnikam burda ola-ola başqa yerlərdən Siyəzən sahəsinə kran ezam eləyib, mənə ancaq deyir ki "sənlik iş yoxdur". Bu halda mənim iş günlərim "boşdayanma" kimi qeyd olunur. Nəyə görə axı mən Siyəzəndə yaşaya-yaşaya mənə iş yoxdur, amma Siyəzəndə yaşamayanlara Siyəzəndə iş verilir? Əmirxan Hüseynlinin nə maddi marağı var ki basqa yerlərdən işçi gətirib islədir?. Mənə deyir ki "rəhbərlikdən deyirlər... xərcləri azaltmaq lazımdır". Siyəzənə ezam olunanlar günü 65 manat olmaqla ezamiyyə pulu alırlar, ancaq mən siyəzənli olaraq evimə cörək pulu aparmamalıyam? Mən bu haqda Ali Baş Komandanımız İlham Əliyev cənablarına teleqram vurduğuma görə Əmirxan Hüseyinli iş yoldaşım vasitəsilə mənə xəbər göndərib ki, prezidentə məktub yazdığına görə ona deyin ki "iş yoxdur və olmayacaq da".... Və Əmirxan Hüseyinli orda olduğu halda mən işləməyəcəm. Mən bunu da əlavə etmək istəyirəm ki boş dayanmada olduğum ücün və aldığım maaş kireditlərimi ödəmədiyi ücün oktyabrın 2 -dən növbəti məzuniyyətə cıxmağa məcbur oldum. Sonrası isə nə olacaq bilmirəm..." Məsələ diqqətimizdədir, diaaz.space olaraq bütün əlaqədar qurum və şəxslərin də mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |