Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Kəmaləddin Qafarov dövlətin siyasətini SABOTAJ EDİR?
Kəmaləddin Qafarov dövlətin siyasətini SABOTAJ EDİR?26-08-2023, 12:47 |
DİA.AZ: - Bir neçə gün əvvəl Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak etdi. Əslində Prezidentin belə bir müəssisənin açılışına xüsusi önəm verməsi anlaşılandır. Ölkədə həm iş yeri açmaq, həm də ƏN ƏSASI: günü-gündən qiymətləri artan dərmanların bazarına BİR DİNCLİK - dövlət müdaxiləsi gətirmək. Amma DİA.AZ-a daxil oaln informasiyalardan belə aydın olur ki, bu işdə dövlətin siyasətini aşkar şəkildə sabotaj edən daxili qüvvələr də var Bu barədə az sonra. Hələliksə... DİA.AZ xəbər verir ki, 15 avqust tarixində sözügedən "DİAMED" dərman zavodunun açılışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub. “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir. “Azərbaycan İnvestisiya Şirkəti” ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir. Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib. Yəni görünəni odur ki, dövlət qeyd olunan istiqamətdə CİDDİ MARAQ sahibidir. O da məlumdur ki, Azərbaycanın dərman bazarında illərdir meydan sulayan fiqurlar var. Onların sırasında daha çoxa barəsində danışılanlar millət vəkilləri Cavanşir Feyziyev və Kəmaləddin Qafarovdur. Feyziyevlə bağlı məsələ aydındır. Artıq "ÇƏTİR ALTINA" düşən Feyziyevin konkret faizə işlədiyi iddia olunur. Amma ondan fərqli olaraq Kəmaləddin Qafarov dərman bazarında nəinki inadkarcasına möbvqelərini qoruyur, hətta dövlətin milyonlar xərcləyərək gördüyü işləri belə heçə endirməyə çaba göstərir. Qeyd edək ki, millət vəkili Kəmaləddin Qafarov barəsində buna qədər də mediada bir sıra ittihamlar səsləndirilib. Belə ki, mediada yazılanlara görə, gənc deputat ölkəyə gətirilən dərman preparatlarının və tibbi ləvazimatların böyük hissəsinin dövriyyəsinə nəzarət edir. Bundan başqa Kəmaləddin Qafarovun Səhiyyə Nazirliyində keçirilən iri həcmli tenderlərdə də əhəmiyyətli payı olduğu deyilir. İndi isə aydın olur ki, bütün bu imkanlarından yararlanan Qafarov cənabları dərman bazarı uğrunda savaşda DÖVLƏTLƏ açıq rəqabətə girib. Bu barədə danışan mənbə qeyd edir: "Qafarov daha çox Hindistan kimi ölkələrdən ucuz, bəlkə də heç neçəyə olan saxta dərmanları gətirərək, onları Azərbaycanda bahalı brendlərin adı altında satdırdığından onun kimisi ilə rəqabət hər kəsə çətin ola bilər. Hətta dövlətə də. Bu zaman gərək, dövlət özünün HÜQUQİ gücündən yaralansın, Qafarovun Hindistan ayağını kəssin". Qeyd edək ki, hazırda Hindistanda 40 mindən artıq dərman istehsal edən qeyri-qanuni zavod fəaliyyət göstərir və həmin müəssisələrin müştəriləri Kəmaləddin Qafarov kimi işbazlardır. O zavodlarda bahalı brendli dərmanlar qanunsuz olaraq istehsal olunur və ucuz qiymətə araçılara satılır. Qafarov kimi araçılar da ucuz aldığı dərmanı Azərbaycanda baha qiymətə satışı təşkil edir. Nəticədə xəstələrimiz şəfa tapmasa da, Qafarovun cibləri dolur. Xatırladaq ki, Kəmaləddin Qafarov 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinin məzunudur. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür. Rus və türk dillərini bilir. Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı Kəmaləddin Qafarovu və digər maraqlı tərəfləri diaaz.space olaraq dinləməyə hazırıq... Geri qayıt |