Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Beyləqan təhsilində BİABIRÇI İŞLƏR...

Beyləqan təhsilində BİABIRÇI İŞLƏR...


11-07-2023, 10:00
Beyləqan təhsilində BİABIRÇI İŞLƏR...
Zaman-zaman dövrü mətbuatda vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsini öz şəxsi məqsəd və maraqları üçün qazanc obyektinə çevirən xanım məktəb direktoru barədə çeşidli məlumatların şahidi olmuşuq. Bu cür məlumatlara bu gündə rast gəlirik. Hətta daha betərlərinə belə. RealMediaaz.space bu dəfə də Beyləqanda daha bir qadın məktəb direktorunun, əndazəni aşan hərəkətləri barədə ilginc məlumatlar əldə edib.
Belə ki, redaksiyamıza daxil olan məlumatlarda Beyləqan rayon F.Quliyev adına Eyvazallar kənd tam orta məktəbin drektoru Günel Cavadlının məktəbdə şagirdlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin fotolarını satdığı vurğulanır.
Valideynlərdən verilən məlumatlara görə, Günel Cavadlı Beyləqan şəhidlərinin fotolarını xüsusi çərçivəyə saldırmaqla, bayrağımızla birlikdə 20 (iyirmi), bayrağsız isə 19 (on doqquz) manata şagirdlərə satır. Bu iyrənc alverin təşəbbüskarı və “ideya müəllifi” xanım direktorun özüdür.
Xanım direktorun Vətən qəhrəmanlarımızın fotolarını alver predmetinə çevirməsi kənd sakinləri tərəfindən etirazla qarşılansa da,
kənd ağsaqqalları və ziyalıları bu etirazı alovlanmağa qoymayıb, qarşısını alıblar.
Bildirilir ki, xanım direktorun əri Rüfət Ələkbərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) dələduzluq maddəsi ilə həbs edilib.
Xatırladaq ki, hələ 04 noyabr 2022-ci ildə saytımızda “Beyləqanda məktəb direktorunun əri barədə cinayət işi açılıb – Həbsli axtarış verildi” sərlövhəli yazı dərc edilib. Hələ o vaxtı Beyləqan rayon Eyvazalılar tam kənd orta məktəbinə yeni təyin olunmuş xanım direktorunun ərinin barəsində həbsli axtarış elan olunduğunu yazmışdıq.
Həmin vaxt xanım direktor Günel Cavadlının həyat yoldaşı olan Rüfət Ələkbərliyə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə)maddələri ilə barəsində cinayət işi açılıb və Rüfət Ələkbərli barəsində həbsli axtarış verilmişdir. O, Qarabağ qazisinə 28.000(iyirmi səkkiz min) manatlıq dələduzluq etməkdə iittiham olunurdu. Həmçinin, həmin yazımızda Rüfət Ələkbərli barəsində 26 000 min manat mülki idda barədə məhkəmə qətnaməsinin olduğu da qeyd edilmişdir.
Hər halda əri dələduzluq və hərbi hissəni öz başına tərk etmə maddəsi ilə həbs olunan xanım dirlektordan bundan başqa nəsə gözləmək də olmaz. Görünür, o da ərini həbsdən çıxarmaq üçün Beyləqan şəhidlərinin fotoları üzərində alver etmək qərarını verib.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMediaaz.space

Geri qayıt