Əsas Səhifə > Güney Press, Manşet, Reklam > `Azercell` müştərisini ÇİLƏDƏN ÇIXARDI...
`Azercell` müştərisini ÇİLƏDƏN ÇIXARDI...24-06-2023, 09:01 |
DİA.AZ: - Özünü hər addımbaşı "Ölkənun ən böyük mobil operatoru" kimi təqdim edən, amma gerçəkdə böyüklüyündən əsər-əlamət qalmayan "Azercell"dən vətəndaş şikayətləri durmadan artmaqdadır. DİA.AZ bu qəbildən olan növbəti gileyi təqdim edir və ümid edirik ki, sözügedən şirkət gərəkən reaksiyanı verib, müştərisinin səsini eşidəcək. Bəyaz Əli oğlu adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır: "Şikayətim "Azercell"dəndir. Yeni nömrəyə 3 manat balans hədiyyə verir. Onu da ancaq "gəncol" tarifinə qoşula bilərsən. "Gəncol" tarifi də 2-6-9+ (azn) tarifləri var. 3 manat hədiyyə balansla 2 manatlıq "gəncol" tarifini qoşulmaq da olmur. Deyir ki +3manat da yüklə 6manatlıq qoşul. Başa düşə bilmirəm e. Hədiyyə vermisən, sənin nəyinə qalıb mən onu necə işlədəcəm. Dəlixanıdır, e Vallah..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |