Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Buraların SAHİBİ VARMI?
Buraların SAHİBİ VARMI?14-06-2023, 14:52 |
DİA.AZ: - "Azərbaycanda son illər ziyil,qotur,pemfiqus dəri xəstəlikləri,cinsi yolla yayılan trixomnos vəs.dəri-zöhrəvi infeksiyalarının faizi artıb.Ölkəmizə xarici qonaqların,turistlərin gəlməsini nəzərə alsaq,ölkə vətəndaşlarının sağlamlığına önəm versək qəbul edilməlidir ki,hazırkı şəraitdə Respublika Dəri-Zöhrəvi Mərkəzində dəri xəstəliklərinə qarşı mübarizə aparmaq üçün nə şərait var,nə də ki,sağlam mühit". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Reallıqda TƏBİB-ə tabe bu mərkəzə nə dərəcədə dərman peraparatları verilib-verilməməsini əhatəli bilməsək də,reallıq odur ki,xəstələr bir çox dərmanları özləri almalı olurlar.Qəribədir,tibbi sğorta orada təminatı istənilən səviyyədə qarşılamırmış kimi görünür.Pasiyentlər utandıqlarından adlarının anonim qalmağını tərcih edirlər,onlar çox vaxt Respublika Dəri-Zöhrəvi Mərkəzində şəfa tapa bilmirlər.Əksnə olur ki,bəzi xəstələri orada vahimələndirirlər də. "Trixomnosun var,prostatində problemin yaranıb,"-deyib,bəzi həkimlər 1000-2000 min manat da "oxuyurlar",pasiyentlərə. Görünür bu kimi səbəblərdən dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər son illər türkəçarə "mütəxəssislərə" üz tuturlar,bu hallar da dəri-zöhrəvi xəstəliklərinin faizini yüksəldib.Digər tərəfdən isə mərkəzin baş həkimi Muşviq Zeynalovun yanaşmasını qəbul etməyən bir çox savadlı həkim Respublika Dəri-Zöhrəvi Mərkəzini tərk etdiyindən son illər ora müraciət edənlərin sayında da kəskin azalmalar müşayət edilir.Baş həkim yaşı 65 olan savadlı həkimlərlə bir neçə il müqavilə əsasında işləməyi məqbul bilmədiyi halda,75 yaşlı Kamil Mustafayevi özünə "konsultant" təyin edirsə,qanunları görməzdən gəlmiş olur. Hərçənd belə nümunələr çoxdur və bu gün baş həkimin "çörəyinə yağ sürtən" 10-11 həkim istisna olmaqla digər həkimlərə normal otaqlar verilməyib.Hətta baş həkim bir-iki dəfə işə gecikən operator işləyən Nərmin Qəzənfərovanı əmək Məcəlləsinin 70 Ç maddəsinə əsasən işdən çıxardıb ki,o,heç yerdə işə düzələ bilmir.Mətbuat bu barədə dəfələrlə yazıb,nərmin Qəzənfərova indinin özündə də şikayət etməkdədir. Belə nümunələr çoxdur, Respublika Dəri-Zöhrəvi Mərkəzi islahat mövzusudur.Gərəkən odur ki,mərkəzə müraciət edən qaziləri,ölkə vətəndaşlarını,xarici qonaqları,turistləri nəzərə alıb,Respublika Dəri-Zöhrəvi Mərkəzində islahatlar aparılmalı,ora savadlı həkimlər cəlb edilməli,mərkəzin binası yenidən inşa edilməli,orada normal abu-hava təmin olunmalıdır.Əks təqdirdə..." İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |